ABŞ-da təyyarə qəzası: ölənlər var » Memur.az

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-da təyyarə qəzası: ölənlər varGöyərtəsində üç nəfərin olduğu birmühərrəkli özəl təyyarə pensilvaniya ştatında, Montqomeri yaxınlığında qəzaya uğrayıb.

Oxu.Az-ın "CBS" telekanalına istinadən verdiyi xəbərə görə, təyyarə yaşayış evlərindən birinin arxa həyətinə düşüb.

Göyərtədəki adamları hamısı həlak olub.

Hadisə avqustun 8-də səhər saatlarında baş verib.

Təyyarə Filadelfiyanın şimal-şərq hissəsindəki aeroportdan havaya qalxıb və Ohayo ştatının Kolumbus şəhərində yerləşən universitetə tərəf istiqamət götürüb.

Təyyarə bir neçə ağacı zədələyib və yaşıllıq ərazisinə düşüb. Xoşbəxtlikdən yaşayış evləri zərər çəkməyib.

Hakimiyyət rəsmilərinin sözlərinə görə, pilot səmaya qalxandan az sonra təyyarədə problem olduğunu bildirib. Amma qəzanın səbəbləri hələ də bəlli deyil.

Məsələ ilə bağlı araşdırma aparılır.