Belaruslu diplomatın güllələnməsinə ilk rəsmi reaksiya: Siyasi deyil - YENİLƏNİB » Memur.az

Belaruslu diplomatın güllələnməsinə ilk rəsmi reaksiya: Siyasi deyil - YENİLƏNİB

Belaruslu diplomatın güllələnməsinə ilk rəsmi reaksiya: Siyasi deyil - YENİLƏNİBAnkarada güllələnən belaruslu diplomat haqqında ilk rəsmi reaksiya şəhərin valisi Vasap Şahindən gəlib.

“Hürriyyet.com” xəbər verir ki, yaralının aparıldığı xəstəxanaya gələn və diplomatın vəziyyəti ilə maraqlanan vali çıxışda jurnalistlərə açıqlama verib.

O, hadisənin siyasi deyil, məişət münaqişəsi nəticəsində baş verdiyini bildirib.

Hazırda əməliyyatda olan diplomatın vəziyyəti haqqında detallı məlumat veriləcək.



24 iyul, 23:54

Belarusun Ankaradakı səfirliyinin idari işlər üzrə müşaviri güllələnib.

“Hürriyyet.com” xəbər verir ki, hadisə paytaxt Ankaranın Çankaya bölgəsində baş verib.

Aleksandr Poqanşev adlı səfirlik nümayəndəsi qonşusu tərəfindən hücuma məruz qalıb.

Adı hələ açıqlanmayan, amma təqaüddə olan hərbçi olduğu müəyyənləşdirilən şəxs belarusluya iki dəfə atəş açdıqdan sonra eyni silahla intihar edib.