Gürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdi » Memur.az

Gürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdi

Gürcüstan prezidenti rusiyalı turistlərə müraciət etdiGürcüstan prezidenti Salome Zurabişvili “Euronews” telekanalına verdiyi müsahibədə Rusiyanın turist “embarqo”suna münasibət bildirib.

Ölkə başçısı bildirib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiyadan Gürcüstana gələn turistlərin sayı azalmamalıdır.

Onun sözlərinə görə, rusiyalılar Gürcüstanı sevirlər və bu ölkəyə səfərlərdən imtina etməməlidirlər. Siyasətçilər isə problemin həlli üçün başqa yollar axtarmalıdırlar.

“Bu məsələnin həlli Gürcüstanın ərazi bütövlüyünü tələb edir, lakin heç bir şeyə baxmayaraq turistlərin axını azalmamalıdır və bu, Gürcüstandakı dinc şəraitə təsir etməməlidir”.