Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldü » Memur.az

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldü

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında öldüMisirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə, məhkəmə salonunda vəfat edib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə orada keçinib. M.Mursinin ürək çatışmazlığından öldüyü ehtimal olunur.

2014-cü ildə eks-prezidentin vəkili onun epilepsiyadan əziyyət çəkdiyini və bir zamanlar keçirdiyi beyin əməliyyatına görə tez-tez halının pisləşdiyini bildirmişdi.

M.Mursi 1951-ci ildə anadan olub. O, 2012-ci ildə Misir prezidenti seçilib. 2013-cü ildə isə Misirdə hərbi çevriliş zamanı devrilərək həbs edilib.

7 ildir zindanda saxlanılan sabiq prezidentin ölümünü “şəhidlik” adlandıran Rəcəb Tayyib Ərdoğan Misir xalqına ilk başsağlığı verən dövlət başçısı olub.