Meksikada dəhşətli qəza - 20 ölü, 18 yaralı » Memur.az

Meksikada dəhşətli qəza - 20 ölü, 18 yaralı

Meksikada dəhşətli qəza - 20 ölü, 18 yaralıMeksikanın cənub-şərqində Verakrus ştatında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə TASS məlumat yayıb.

İlkin versiyaya görə, dağ yolu döngələrindən birində yük maşınının əyləci tutmayıb və o, avtobusa çırpılıb. Toqquşma nəticəsində hər iki maşın yanıb. Avtobusda Çyapas ştatından zəvvarlar olub.