Maduro hərbçilərə ABŞ-a qarşı hücuma hazır olmaq əmri verdi » Memur.az

Maduro hərbçilərə ABŞ-a qarşı hücuma hazır olmaq əmri verdi

Maduro hərbçilərə ABŞ-a qarşı hücuma hazır olmaq əmri verdiVenesuela prezidenti Nikolas Maduro hərbi birləşmələrə ABŞ zorakılığına qarşı hazır olmaq əmri verib.

RİA Novosti - nun məlumatına görə, Maduro qeyd edib ki, hərbçilər ABŞ-ın Venesuelaya qarşı ata biləcəyi bütün təxribatçı addımlara hazır olmalıdır:

“Biz ABŞ-ın ölkəmizə qarşı törədə biləcəyi hər cür təxribata hazır olmalıyıq. Bizim qələbəmiz əldə edəcəyimiz sülh olacaq. Mən bütün hərbi birləşmələrə hazır olmaq tapşırığı vermişəm”.

Bundan bir qədər əvvəl isə Venesuela lideri ABŞ-la danışıqlara hazır olduğunu açıqlamışdı.