Hindistanda leopard kişini parçaladı » Memur.az

Hindistanda leopard kişini parçaladı

Hindistanda leopard kişini parçaladıHindistanda leopard Rama Svarupa Mina adlı vətəndaşı parçalayaraq öldürüb. Bu barədə The Times of India portalı məlumat yayıb.

Ölən şəxsin məbəddən evə gələrkən vəhşi heyvanın hücumuna məruz qaldığı bildirilir. Hadisə mayın 4-də baş verib. Minanın ailəsi onun evə gəlmədiyini görüncə axtarışa başlayıb.

45 yaşlı kişinin meyiti Kişori kəndi yaxınlığındakı meşədən tapılıb. Polislər qaniçən vəhşini tutmaq üçün tələ qurublar. Yanvar ayının sonunda eyni kənddə leopard bir ailənin 4 aylıq körpəsini oğurlayaraq parçalayıb.

Maraqlıqdır ki, leopard qurbanlarını yemeyib sadəcə öldürür.