Putin təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verdi » Memur.az

Putin təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verdi

Putin təyyarə qəzasında ölənlərin yaxınlarına başsağlığı verdiRusiya prezidenti Vladimir Putin “Şermetyevo” hava limanında təyyarə yanğınında ölənlərin ailələrinə başsağlığı verib.

RİA Novosti xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib:
“Prezident qəzada ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

Xatırladaq ki, mayın 5-də Moskvanın “Şeremetovo” hava limanında sərnişin təyyarəsi yanıb.

Təyyarə Moskva-Murmansk reysini həyata keçirirmiş. İlkin məlumatlara görə, 13 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Hava limanı müvəqqəti olaraq uçuş və enişlər üçün bağlanıb.