Amerikalı general NATO baş komandanı oldu » Memur.az

Amerikalı general NATO baş komandanı oldu

Amerikalı general NATO baş komandanı olduABŞ Hərbi Hava Qüvvələri generalı Tod Uelters NATO-nun Avropa qüvvələrinə komandanlıq səlahiyyətlərini Belçikanın Monse şəhərində təntənəli şəkildə qəbul edib.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

Bu postda o Körtis Skaparottini əvəz edib.

Məlumata görə, mərasimdə NATO baş katibi Yens Stoltenberq də iştirak edib.

General Tod Uotersin NATO Avropa qüvvələrinin ali baş komandanı olacağı mart ayının ortalarından məlum idi. Buna qədər o ABŞ-ın Avropa və Afrikadakı hərbi hava qüvvələrinin baş komandanı vəzifəsini tuturdu.