Pakistanda terror: 16 nəfər öldü » Memur.az

Pakistanda terror: 16 nəfər öldü

Pakistanda terror: 16 nəfər öldüPakistanın Kvetta şəhərində törədilən terror aktı nəticəsində azı 16 nəfər ölüb.

Bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində daha 30 nəfər yaralanıb.

Yerli hüquq-mühafizə orqanlarının nümayəndələri bəyan ediblər ki, ölən və yaralıların sayı arta bilər.

Partlayış yerində sağ qalanların axtarışı davam edir.