İsrail Ayı fəth edə bilmədi » Memur.az

İsrail Ayı fəth edə bilmədi

İsrail Ayı fəth edə bilmədiİsrailin “Bereşit” kosmik aparatı Aya eniş zamanı qəzaya uğrayıb. Kosmik aparat fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan “Falcon 9” raketi ilə göndərilib və bir həftə əvvəl Ayın orbitinə daxil olub.

RİA Novosti xəbər verir ki, aparatı Aya yerləşdirmək mümkün olmayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, kosmik aparat 2,5-3 ildən sonra mütləq Aya enəcək.
Qeyd edək ki, İsrailin bu cəhdi baş tutsaydı, o ABŞ, SSRİ və Çindən sonra Ayda peyki olan dördüncü dövlət olacaqdı. İsrail bu layihənin həyata keçirilməsinə 100 milyon dollar sərf etmişdi.