Hindistan hava məkanını bağladı » Memur.az

Hindistan hava məkanını bağladı

Hindistan hava məkanını bağladıPakistanla yaşanan gərginlik fonunda Hindistan Dehlinin şimalında hava məkanını bağlayıb.

Bu barədə “The Times of India” qəzetinin saytında məlumat yayılıb.

“Flightradar” beynəlxalq uçuşların izlənilməsi xidmətinin informasiyasına görə, hazırda Pakistanın hava məkanında yalnız iki təyyarə var.

Bundan əvvəl Hindistan Pakistan sərhədləri üzərində beynəlxalq tranzit hava reysləri üçün hava məkanının bağlandığı bildirilirdi.Xatırladaq ki, Pakistana aid “F-16” qırıcısı bir neçə saat əvvəl Hindistan hava məkanını pozduğuna görə vurulub. Daha əvvəl isə Pakistan silahlı qüvvələrinin analoji səbəbə görə iki Hindistan təyyarəsini məhv etdiyi xəbər verilirdi.

Hadisələr fonunda Pakistan baş naziri İmran Xan Hindistanla ölkəsi arasında baş verən gərginliklə bağlı açıqlama verərək, Hindistanla əməkdaşlığa hazır olduqlarını bildirib.