Kanadada bir ailənin 7 uşağı yanaraq ölüb » Memur.az

Kanadada bir ailənin 7 uşağı yanaraq ölüb

Kanadada bir ailənin 7 uşağı yanaraq ölübKanadanın Halifaks şəhərində yanğın nəticəsində 7 uşaq həlak olub.

Bu barədə Ren.TV məlumat yayıb.

Şəhər polisi bildirib ki, yanğın şəhərin cənubunda yerləşən ikimərtəbəli evdə baş verib.

Ölənlər bir ailənin uşaqlarıdır.

Qeyd olunur ki, hadisə nəticəsində bir qadın və kişi yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin suriyalı ailə olduğu bildirilir. Şahidlərin dediyinə görə, ölən uşaqlardan ən böyüyü 17 yaşında ,ən kiçiyi 3 aylıq olub.