Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin - REYTİNQİNDƏ » Memur.az

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin - REYTİNQİNDƏ

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin - REYTİNQİNDƏ“Global Finance” jurnalı 2019-cu il üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini hazırlayıb.

Oxu.Az xəbər verir ki, reytinq hazırlanan zaman mütəxəssislər 128 ölkənin təhlükəsizlik indeksini qiymətləndirib.

Bunun üçün hərbi münaqişə ehtimalları, cinayətkarlıq səviyyəsi, vətəndaşın şəxsi təhlükəsizliyi, iqtisadi inkişaf səviyyəsi, təbii fəlakət ehtimalları və digər meyarlar nəzərə alınıb.

İlk onluğa, əsasən, yüksək iqtisadi göstəriciləri və yaxşı səhiyyə sistemi olan Avropa ölkələri düşüb.

Birinci yerdə İslandiya (indeks göstəricisi – 6.16), ikinci İsveçrə (7.01), üçüncü yerdə isə Finlandiya (7.04) qərarlaşıb. Onluqda müvafiq ardıcıllıqla Portuqaliya (7.07), Avstriya (7.08), Norveç (7.27), Qətər (7.28), Sinqapur (7.34), Danimarka (7.41) və Yeni Zelandiya (7.42) yer alır.

Azərbaycan da ən təhlükəsiz ölkələrin siyahısına daxil edilib. Ölkəmiz 10.56 indeks göstəricisi ilə 71-ci pillədə qərarlaşıb.

Siyahını ən aşağı göstəricilərlə Qvatemala (15.81), Yəmən (15.93) və Filippin (17.70) tamamlayır.Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrinin - REYTİNQİNDƏ