Taliblər Əfqanıstanda 40 dinc sakini oğurlayıb » Memur.az

Taliblər Əfqanıstanda 40 dinc sakini oğurlayıb

Taliblər Əfqanıstanda 40 dinc sakini oğurlayıbƏfqanıstanın şimal bölgəsində Taliban terrorçuları 40 nəfər dinc sakini qaçırıblar.

FaktXəbər bildirir ki, bu barədə "Tolo Nyus" məlumat yayıb. Oğurlanan sakinlər arasında Daresuf rayonuna gedən avtomobil sürücüləri və sərnişinlər də var.

Polis qüvvələrinin genişmiqyaslı əməliyyat başlatdığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl də Kabulda avtomobil partladılmışdı. Nəticədə 10 nəfər dünyasını dəyişmişdi.