Ərdoğandan Məsut Özilə dəstək: Gözlərindən öpürəm » Memur.az

Ərdoğandan Məsut Özilə dəstək: Gözlərindən öpürəm

Ərdoğandan Məsut Özilə dəstək: Gözlərindən öpürəmTürkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Almaniya millisindəki karyerasını başa vuran futbolçu Məsut Özilə dəstək olub.

Oxu.Az xəbər verir ki, dövlət başçısı dünən türk əsilli yarımmüdafiəçi ilə danışdığını söyləyib:

“Dünən Məsutla danışdım. Onun açıqlaması tam milli davranışdır. Məsutun gözlərindən öpürəm. Almaniya milli komandasının uğurları üçün tər tökən gəncə qarşı belə irqçi yanaşma qəbuledilməzdir”.

Qeyd edək ki, Məsut Özilin Rəcəp Tayyip Ərdoğanla fotosu alman fanatları tərəfindən tənqidlərə məruz qalıb. Futbolçu isə irqçi münasibətlə üzləşdiyini əsas gətirərək Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Memur.az