Rusiyada yağışa görə vergi yığılır » Memur.az

Rusiyada yağışa görə vergi yığılır

Rusiyada yağışa görə vergi yığılırKunqur şəhərində yağış suyuna görə vergi yığılır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, yerli sakinlərə may ayından etibarən kanalizasiya, o cümlədən yağış sularının yığılması ilə bağlı kommunal xidmətlərə görə qəbzlər göndərilir.

İddiaya görə, sakinlər hər ay yağış sularına görə yeddi rubl ödəyəcək.

Kunqur şəhər icra başçısının birinci müavini Andrey Dryomin əslində belə bir verginin olmadığını bildirib.

Onun sözlərinə görə, söhbət ümumbina ehtiyaclarından gedir və yalnız evə daxil olan yağıntı sularının kənarlaşdırılmasına görə pul tutulur.

Memur.az