Putin yarıçılpaq şəkillərinə aydınlıq gətirdi » Memur.az

Putin yarıçılpaq şəkillərinə aydınlıq gətirdi

Putin yarıçılpaq şəkillərinə aydınlıq gətirdiRusiya prezidenti Vladimir Putin sinəsi açıq çəkdirdiyi fotoşəkillərdə heç bir eyib görmədiyini dilə gətirib.

Oxu.Az xəbər verir ki, bunu rusiyalı dövlət başçısı Avstriyanın ORF telekanalına verdiyi müsahibədə bildirib.

Telekanalın jurnalisti “yarıçılpaq” görkəmdə şəkil çəkdirməyin dövlət lideri üçün kifayət qədər təəccüblü olduğunu dilə gətirib və Kremlin nə üçün belə fotoları yaydığını öyrənməyə çalışıb.

“Siz dediz “yarıçılpaq”? Allaha şükür ki, “çılpaq” demədiz. Mən istirahət edirəmsə kolların arxasında gizlənməyə lüzum görmürəm və məncə burada qəbahətli heç bir şey yoxdur”, -deyə Putin cavab verib.

Memur.az