Bağdadda kommunistlərin baş qərargahında partlayış baş verib » Memur.az

Bağdadda kommunistlərin baş qərargahında partlayış baş verib

Bağdadda kommunistlərin baş qərargahında partlayış baş veribBakı. 26 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda kommunistlərin baş qərargahında partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Associated Press"in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Bundan əvvəl İraqda parlament seçkiləri keçirilib və Kommunist partiyası seçkilərdə qalib gəlmiş "Sairun" blokunun tərkibində iştirak edib.

"Naməlum şəxslər tərəfindən qoyulan partlayıcı qurğu Kommunist partiyasının Bağdadın mərkəzindəki Əl-Əndəluz meydanında yerləşən baş qərargahının bağında partlayıb", - deyə mənbə bildirib.

Memur.az