Danimarkada yüzlərlə döyüşçünün qalıqları aşkarlandı » Memur.az

Danimarkada yüzlərlə döyüşçünün qalıqları aşkarlandı

Danimarkada yüzlərlə döyüşçünün qalıqları aşkarlandıDanimarkanın Orxus universitetinin arxeoloqları İllerup çayının vadisində yerləşən bataqlıq ərazidə 2095 sümük aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Science Alert”də məlumat yayılıb.

Qalıqlar eramızın I əsrində yaşamış və qədim almanlarla naməlum düşmən qüvvələri arasında getmiş amansız döyüşdə həlak olmuş insanlara aid olub.

Sümüklərin tapıldığı ərazi 75 hektara yaxın sahəni əhatə edir. Qalıqların təhlil edilməsindən sonra onların azı 82 döyüşçüyə aid olduğu məlum olub. Habelə alimlər döyüş zamanı ordunun 380 nəfərdən çox olduğunu ehtimal edir.

Bu həmin dönəmlərdə istənilən kəndin əhalisindən çox olub. Alimlər sümüklərdə ölümcül tavmaların izlərini ortaya çıxarıb. Onların bu xəsarətləri meydanda savaş zamanı əldə etdiyi güman edilir.

Radio-karbon tarixləşdirmə üsulu ilə aparılan müayinənin nəticələri də həmin insanların eyni gündə həlak olduqlarını təsdiqləyib. Həmçinin ərazidə qılınc, nizə, qalxan və xəncərlərin qalıqları aşkarlanıb.

Memur.az