Makedoniyanın adı dəyişdirilir » Memur.az

Makedoniyanın adı dəyişdirilir

Makedoniyanın adı dəyişdirilirMakedoniyanın baş naziri Zoran Zaev ölkənin yeni adı ilə bağlı ən optimal variantı açıqlayıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə o, bu gün mətbuata açıqlamasında bildirib ki, ölkəsi bundan sonra “İlinden Makedoniyası” adlandırıla bilər.

Zaev bu gün verdiyi açıqlamada Yunanıstandan olan həmkarı Aleksis Tsipras ilə görüşdə ortaq məxrəcə gəldiklərini bildirib. Onun sözlərinə görə, yunanlar da onun ölkəsinin “İlinden Makedoniyası” adlandırılmasının əleyhinə deyillər.

Ölkənin yeni adı ilə bağlı yekun qərarı isə xalq verəcək. Belə ki, bunun üçün referendumun təşkili gözlənilir. Xalq da razılıq verəcəyi halda, sözügedən ölkə “İlinden Makedoniya Respublikası” adını alacaq.

Memur.az