Liviyada toqquşma: 12 ölü » Memur.az

Liviyada toqquşma: 12 ölü

Liviyada toqquşma: 12 ölü

Liviyada silahlı qruplaşmalar arasında baş vermiş toqquşmalar zamanı 12 nəfər ölüb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, toqquşmalar Tripolinin ətrafında baş verib.

Şahidlər Tripolinin Faşlum rayonunda partlayış və atışma səslərinin hələ də davam etdiyini bildirir.

Qeyd edək ki, Müəmmər Qəddafi devrildikdən sonra ölkədə silahlı qruplaşmalar arasında hakimiyyət uğrunda şiddətli döyüşlər davam edir.