Meksikada cinayətkarlar Prokurorluq əməkdaşlarını oğurlayıb » Memur.az

Meksikada cinayətkarlar Prokurorluq əməkdaşlarını oğurlayıb

Meksikada cinayətkarlar Prokurorluq əməkdaşlarını oğurlayıbMeksikada “Halisko – Yeni nəsil” narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, cinayətkarlar sosial şəbəkədə oğurlanmış şəxslərin diz üstə dayanmış şəxslərin üzü maskalılarla videosunu yerləşdiriblər.

Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.

Oğurlananlar Baş Prokurorluğun tərkibindəki Kriminal Təhqiqat Agentliyinin əməkdaşlarıdır.

Memur.az