Mərhum şahzadə Diana mükafatla anıldı - FOTO » Memur.az

Mərhum şahzadə Diana mükafatla anıldı - FOTO

Mərhum şahzadə Diana mükafatla anıldı - FOTO


"O, nə etdiyini bilirdi və yanlış təsəvvürlərə, cəmiyyətdəki mühafizəkar anlamlara meydan oxuyurdu. Anamın bu qətiyyətini və seçimini təqdir edirəm".

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, 33 yaşlı şahzadə Harri Londonda keçirilmiş "Attitude Awards 2017" mükafatlarının təqdimat mərasimində belə deyib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mərasimdə Kayli Minouq, Amanda Holden, Luiza Conson, Piksi Lot və s. şou-biznes ulduzları iştirak ediblər.

Mərhum şahzadə Diana QİÇS/HİV virusuna qarşı aparılan kampaniyaya dəstək verdiyinə görə "Attitude Legacy Award"a layiq bilinib.