Deputat: "Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları cəzalandırılacaqlar" » Memur.az

Deputat: "Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları cəzalandırılacaqlar"

Deputat: "Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları cəzalandırılacaqlar"



Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər edən və orada anti-Azərbaycan təbliğatı aparan Türkiyə vətəndaşlarına ziyalı deməyin özü qəbahətdir.



Memur.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib


Deputat: "Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları cəzalandırılacaqlar"



Millət vəkili bildirib ki, bu səfər Ermənistan tərəfındən hazırlanmış siyasi təxribatdır:

"Bunun arxasında Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən Ermənistan və xaricdəki müəyyən dairələr dayanır. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə olub və iki ölkə arasındakı münasibətlər bütün dünya ölkələrinə bəllidir: 80 milyonluq Türkiyədə bir-iki nəfər belə xainin olması təbiidir. Türkiyə həmişə bütün problemlərdə Azərbaycanın yanında, Azərbaycan isə Türkiyənin yanında olub. Bu şəxslərin Dağlıq Qarabağa qanunsuz səfəri yalnız Ermənistanın və xaricdə yaşayan erməni diasporunun təxribat xarakterli addımıdır".

Deputat qeyd edib ki, bu hadisənin Türkiyə dövlətinin mövqeyi olmadığını bilirik: "Azərbaycanın Baş Prokurorluğu bu səfərlə bağlı cinayət işi başlayıb və həmin şəxslərin qanunsuz hərəkətlərinə hüquqi qiymət veriləcək. İnanıram ki, qardaş Türkiyə də bu məsələdə Azərbaycana dəstək olacaq, həmin şəxsləri qısa müddətdə saxlayaraq Azərbaycana təhvil verəcək və onlar Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.