Arzularının evini 10 ilə tikdilər - VİDEO » Memur.az

Arzularının evini 10 ilə tikdilər - VİDEO

Arzularının evini 10 ilə tikdilər - VİDEO




İngiltərənin ən qədim, tarixi məkanlarından biri sayılan Hertfordşirin cənubunda, tarixi abbatlığın ərazisində unikal dizaynlı ev tikdirmiş Krislə Kayo belə deyirlər.

Memur.az Daily Mail-ə istinadən bildirir ki, Kris sabiq qolf məşqçisi, Kayo isə keçmiş fiqurlu konkisürəndir.

Qədim Roma stilli, birmərtəbəli evin mini qolf meydançası da var.

Evin dizayn layihəsi memar Roqana məxsusdur.

Bu abbatlığın ərazisində son 30 il ərzində kimsəyə ev tikməyə icazə verilməyib.

Krislə Kayo da malikanələrinin yaxınlığında yeni ev tikdirmək istəyəndə onlarla dövlət qurumundan icazə almalı olublar.

Unikal ev tikdirmiş Krislə Kayo bu layihə barədə tanınmış aparıcı Kevin Makklaudun "​​Grand Designs" proqramında danışıblar.