ABŞ İŞİD-in Əfqanıstandakı mövqelərinə ən güclü qeyri-nüvə mərmisi atıb » Memur.az

ABŞ İŞİD-in Əfqanıstandakı mövqelərinə ən güclü qeyri-nüvə mərmisi atıb

ABŞ İŞİD-in Əfqanıstandakı mövqelərinə ən güclü qeyri-nüvə mərmisi atıb

ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir. Məlumata görə, ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.

“Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub”, - deyə məlumatda bildirilir.

Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb.