Ukrayna XİN: Dağlıq Qarabağdakı “referendum" beynəlxalq hüququ kobud şəkildə pozur » Memur.az

Ukrayna XİN: Dağlıq Qarabağdakı “referendum" beynəlxalq hüququ kobud şəkildə pozur

Ukrayna XİN: Dağlıq Qarabağdakı “referendum" beynəlxalq hüququ kobud şəkildə pozur

Ukrayna Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən qondarma "konstitusiya referendumunu" tanımır və onu legitim hesab etmir. APA-nın məlumata görə bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa bildirib.

Onun sözlərinə görə, "referendum" Azərbaycan Konstitusiyası və beynəlxalq hüququ kobud şəkildə pozur və onun heç bir hüquqi fəsadları ola bilməz.

"Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır. Bu isə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz dəstəyidir".