ABŞ-ın 50 şəhərində Trampın miqrasiya planlarına qarşı etiraz aksiyaları keçiriləcək Böyüt » Memur.az

ABŞ-ın 50 şəhərində Trampın miqrasiya planlarına qarşı etiraz aksiyaları keçiriləcək Böyüt

ABŞ-ın 50 şəhərində Trampın miqrasiya planlarına qarşı etiraz aksiyaları keçiriləcək  Böyüt

Yanvarın 14-də ABŞ-ın təxminən 50 şəhərində yeni seçilmiş prezident Donald Trampın qeyri qanuni miqrasiyaya nəzarətin sərtləşdirilməsi planına qarşı kütləvi etiraz aksiyaları keçiriləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Hərəkət günü” bütün ölkə ərazisində - Nyu-York və Mayamidən (Florida ştatı) Los Anceles (Kaliforniya ştatı) və Finiksədək (Arizona ştatı) təşkil olunacaq.

Məlumata görə, aksiyalara, əsasən, Meksika əsilli sakinlər, hüquq müdafiə və dini təşkilatların nümayəndələri qatılacaq.