Trampın sözçüsü: “Rusiyanın seçki nəticələrinə təsir etməsi barədə sübut yoxdur” Böyüt » Memur.az

Trampın sözçüsü: “Rusiyanın seçki nəticələrinə təsir etməsi barədə sübut yoxdur” Böyüt

Trampın sözçüsü: “Rusiyanın seçki nəticələrinə təsir etməsi barədə sübut yoxdur”  Böyüt
“Rusiyanın haker müdaxiləsinin ABŞ-da keçirilən son prezident seçkilərinin nəticələrinə təsir etməsi barədə heç bir sübut yoxdur”.

APA-nın xəbərinə görə, bunu yeni seçilmiş prezident Donlad Trampın sözçüsü Şon Spayser “Fox News” kanalına bildirib.

Sözçü deyib ki, kəşfiyyatın yekun hesabatından öncə dərhal nəticəyə gəlmək məsuliyyətsiz addım olar.

ABŞ prezidenti Barak Obamanın qənaətinə görə, Rusiya ötən il keçirilən prezident seçkilərinə müdaxilə edib və nəticələri yeni seçilmiş prezident Donald Trampın xeyrinə dəyişib. Artıq 35 rusiyalı diplomat ABŞ-dan xaric edilib və Rusiyanın iki kəşfiyyat agentliyinə qarşı sanksiya tətbiq edilib. Rusiya ona qarşı irəli sürülən ittihamları əsassız sayır.