Məşhur müğənni deputat olmaq istəyir » Memur.az

Məşhur müğənni deputat olmaq istəyir

Məşhur müğənni deputat olmaq istəyir

Görmə qüsurlu müğənni Mətin Şəntürk deputatlığa namizəd olmağa hazırlaşır.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, atası Şükrü Şəntürk ilə İstanbul Ədalət Sarayına gələrək sənədlərini təqdim edib.

"Görməzdən gəlmə" şüarını seçən ifaçı seçki platforması haqda bunları deyib:

"Bütün qüsurlular adına layihələr həyata keçirmək üçün baş vurdum. Allahın köməyi, millətin dəstəyi, ata duası ilə bu işi həll edəcəyik. Qüsurlu insanların hüquqlarının görməzlikdən gəlinməməsi üçün hər şey edəcəyəm. Namizədliyimi heç bir partiyadan deyil, müstəqil şəkildə irəli sürdüm".