Ərdoğan DİN rəhbərinin istefasından sonra hökumətdə yeni dəyişikliklərin olacağını istisna etməyib Böyüt » Memur.az

Ərdoğan DİN rəhbərinin istefasından sonra hökumətdə yeni dəyişikliklərin olacağını istisna etməyib Böyüt

Ərdoğan DİN rəhbərinin istefasından sonra hökumətdə yeni dəyişikliklərin olacağını istisna etməyib  Böyüt

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan DİN rəhbərinin istefasından sonra hökumətin tərkibində yeni dəyişikliklərin olacağını istisna etməyib.

Memur.az-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Rəcəb Tayip Ərdoğan mətbuat konfransında bildirib.

“Güman edirəm ki, müəyyən vaxtdan sonra siz digər nazirliklərdə də oxşar dəyişikliklərin şahidi olacaqsınız, lakin baş nazir bununla bağlı mənə hələlik heç bir məlumat verməyib. Hökumətimiz qətiyyətlə öz yolu ilə getməkdə davam edir”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, avqustun 31-də Türkiyə DİN rəhbəri Əfqan Ala vəzifəsindən istefa verib. Onun yerinə Əmək və Sosial Təminat Nazirliyinin rəhbəri Süleyman Söylü təyin edilib. Süleyman Söylünün yerinə isə sabiq səhiyyə naziri Mehmet Müəzzin təyin olunub.