Putin Azərbaycan prezidentinə: "Bu görüşün təşkili üçün sizə təşəkkür edirəm" » Memur.az

Putin Azərbaycan prezidentinə: "Bu görüşün təşkili üçün sizə təşəkkür edirəm"

Putin Azərbaycan prezidentinə: "Bu görüşün təşkili üçün sizə təşəkkür edirəm"

Rusiya-Azərbaycan münasibətləri kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malikdir”.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu sözləri bu gün Bakıda rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, iki ölkənin münasibətləri xeyli şaxələndirilib, onlar bütün istiqamətlər üzrə inkişaf edir.

Rusiya prezidenti hazırda Azərbaycanda təxminən 600 Rusiya şirkətinin işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın olduğunu qeyd edib: “Müxtəlif səbəblər üzündən, o cümlədən dünya iqtisadiyyatında, bizim iqtisadiyyatda böhran vəziyyəti, ənənəvi ixrac mallarımızın qiymətinin azalması, bununla əlaqədar məzənnə fərqləri ilə bağlı məlum problemlər dəyər ifadəsində ticarət dövriyyəsinin azalmasına gətirib çıxarıb. Bu gün bu haqda danışmaq, bu məsələlərin həlli yollarını axtarmaq çox yerinə düşəcək. Nəzərə almaq lazımdır ki, bunun üçün həqiqətən çox yaxşı baza yaradılıb və sizinlə tam razıyam ki, bütövlükdə fiziki həcmi qoruyub saxlayırıq”.

Putin Bakıda Rusiya-İran-Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün təşkilinə görə prezident İlham Əliyevə təşəkkür edib: “Üçtərəfli formatda görüşlərin təşkilinə görə çox sağ olun. Bu da Sizin təşəbbüsünüzdür və həqiqətən bu formatda müzakirə edilməli məsələlər var. Xəzərdə və daha geniş aspektdə yeni layihələr ola bilər - nəqliyyat, energetika, üçtərəfli ticari-iqtisadi əlaqələrimizin şaxələndirilməsini nəzərdə tuturam”.