Məhəmməd Əli ölüm ayağındadır » Memur.az

Məhəmməd Əli ölüm ayağındadır

Məhəmməd Əli ölüm ayağındadırDünən xəstəxanaya yerləşdirilmiş əfsanəvi amerikalı boksçu, 74 yaşlı Məhəmməd Əli (əsl adı – Kassius Marsellus Kley) ölüm ayağındadır. Britaniyanın «The Daily Mirror» nəşri xəbər verir ki, bunu idmançının qohumları deyiblər.
Hazırda Əli intensiv terapiya şöbəsində müalicə alır, lakin həkimlər boksçunun övladlarını xəbərdar ediblər ki, «son yaxındır». Həkimlər əvvəlcə Məhəmməd Əlinin digər xəstəxanaya nəqlini nəzərdən keçirsələr də, bunun xəstənin həyatı bahasına başa gələcəyini anlayaraq, fikirlərindən dönüblər.

Memur.az