Putinin "Osetiya planı" Ermənistana və Azərbaycana nələr vəd edir? - Ekspert açıqladı » Memur.az

Putinin "Osetiya planı" Ermənistana və Azərbaycana nələr vəd edir? - Ekspert açıqladı

Putinin "Osetiya planı" Ermənistana və Azərbaycana nələr vəd edir? - Ekspert açıqladıCənubi Osetiya rəhbərliyi bu ilin avqust ayında Rusiya ilə birləşməyə dair referendum keçirməli idi. Daha sonra təxirə saxlamağı qərara aldılar, çünki əvvəlcə prezident "seçkisi” keçirmək istəyirlər. Referendum 2017-ci ildə keçiriləcək.

Mia.az-ın məlumatına görə, bununla bağlı fikirini açıqlayan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin bütövlükdə Cənubi Osetiyanın Rusiyaya birləşməsinə etiraz etmir:

"Bu məsələ ilə onun köməkçisi Vladislav Surkov məşğul olur. Yəqin Kremldə düşünürlər ki, onsuz da Krımın Rusiyaya biləşdirilməsinə görə Qərblə münasibətləri korlayıblar, ortada sanksiyalar var, "imkan” varkən elə əlüstü Cənubi Osetiya, ardınca Abxaziyanı da Rusiyaya birləşdirmək olar. Yəqin bundan sonra Dnestr separatçıları da "referendum” keçirəcəklər".

Politoloqun sözlərinə görə, hadisələrin bu cür gedişatından həmişəki kimi Ermənistan hakimiyyəti yararlanmağa çalışacaq:Putinin "Osetiya planı" Ermənistana və Azərbaycana nələr vəd edir? - Ekspert açıqladı"Deyəcəklər ki, ətrafdakı tanınmayan bölgələr "referendum” yolu ilə Rusiyaya birləşə bilirsə, Dağlıq Qarabağın niyə eyni "vasitə” ilə Ermənistana birləşdirilməsi həyata keçirilməsin?

Əvvəlcə Kosovonun müstəqilliyindən ruhlandılar, ancaq Qərbdən "malı mala qatmayın” xəbərdarlığını aldılar, gələn il isə böyük ehtimalla Cənubi Osetiya misalına müraciət edəcəklər. Bundan ehtiyatlanmaq lazım deyil. İrəvan Dağlıq Qarabağın Ermənistanla birləşmə "referendumunu” ortaya atsa, o zaman beynəlxalq aləmdən qopacaq. Bundan sonra isə nə həmsədrlərə ehtiyac qalacaq, nə də mənasız danışıqlara. Bizim isə Ermənistanı cəzalandırmaqdan başqa alternativimiz qalmayacaq".(mia.az)

Memur.az