Türkiyədə amerikalı casus saxlanılıb » Memur.az

Türkiyədə amerikalı casus saxlanılıb

Türkiyədə amerikalı casus saxlanılıbOnu iş üstündə, pul alarkən yaxalayıblar.

Türkiyədə Kırıkkalada MKEK iri silah konserninin meneceri Mustafa Tanrıverdi türk piyada tüfəngi MRT-76-nın çertyojlarını Amerikanın silah şirkətlərindən birinə satmağa cəhd edərkən saxlanılıb.

Memur.Az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.

Qəzetin mənbəyinin məlumatına görə, Tanrıverdi Amerika silah şirkətinə 1,2 milyon dollara ondan çertyojları və digər texniki sənədləri almağı təklif edib.

Amma şirkətin nümayəndələri təkliflə maraqlandıqlarını göstərsələrdə, bu barədə türk hökumətinə bildiriblər. Ankaranın restoranlarından birində Tanrıverdi ilə təyin edilən görüşə türk xüsusi xidmət agentləri gəlib. Onlar meneceri iş üstündə pul alarkən yaxalayıblar. O, “casusluqda, dövlət sirrini yaymaqda və dövlətə sadiq olmasında” ittiham edilib.

MKEK silah konserni türk ordusu üçün yeni tüfəng üzərində işə 2007-ci ildə Türkiyə müdafiə sənayesinin katibliyinin tapşırığı ilə başlayıb. Bu məqsədlə konsernə 22 milyon dollar pul ayrılıb.

Konsern tərəfindən 7,62 mm avtomatik tüfəngin üzərində işə başlayıb. 2013-cü ildə onun ilk sınaqları olub, 2014-cü ilin may ayında isə türk ordusu bu silahın ilk partiyasını aldı. MRT-76 tüfənginin kütləvi istehsalatına bu il başlanacaq.