Qazaxıstan Avropaya daha yaxın oldu » Memur.az

Qazaxıstan Avropaya daha yaxın oldu

Qazaxıstan Avropaya daha yaxın oldu“Yeni müqavilədə əsas ticari bölmədir”.

Qazaxıstanın Ali Palatası Aİ ilə genişləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin təsdiqlənməsinə dair qanunu qəbul edib.

Memur.Az xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovun sözlərinə görə, saziş siyasi dialoqun möhkəmləndirilməsi, xarici siyasət, təhlükəsizlik, kosmik təhlükəsizlik, kütləvi qırğın silahının yayılmasının qarşısını almaq, münaqişlərin qarşısının alınması və terrorla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsini nəzərdə tutur.

O, yeni müqavilədə “avropalı tərəfdaşlarımız üçün sabitliyi zəmanət verən, Qazaxıstanın investisiya yatırımı üçün cəlbediciliyini artıran əsas müddəa ticarət bölməsinin” olduğunu vurğulayıb.