Obama Rusiyanın bu addımını alqışladı » Memur.az

Obama Rusiyanın bu addımını alqışladı

Obama Rusiyanın bu addımını alqışladıObama və Putin arasında telefon danışığı olub.

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinin qoşunlarını Suriyadan çıxarılması qərarını alqışladı.

Memur.Az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin məlumatına görə, bu barədə Obama Putin ilə telefon söhbəti zamanı bəyan edib.

“Prezident Obama atəşkəs başlanan dövrdən zorakılığın miqyaslarının azalmasını alqışlayıb. Amma qeyd edib ki, Suriya rejiminin davam edən hücumlarının, həm hərbi fəaliyyəti dayandırmağa dair razılaşmanın, həm də BMT-nin rəhbərliyi altında siyasi prosesin pozulması riskinə gətirib çıxardığını vurğulayıb”,- Ağ Evin mətbuat xdmətindən bəyan ediblər.

B.Obama yenidən Suriyada zorakılığa son qoymağa çağırıb