Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı » Memur.az

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı

Rusiya Xəzərdə irimiqyaslı hərbi təlimlərə başladı30-a yaxın hərbi gəmi cəlb edilib.

Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri Xəzər dənizində hərbi təlimlərə başlayıb.

Memur.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, təlimlərdə Rusiya Xəzər donanmasının 30-a yaxın döyüş gəmisi və kateri, 1000-dən çox hərbçi iştirak edir.

“Komanda qərargah təlimləri çərçivəsində 30-a yaxın döyüş gəmisi və kateri, mindən çox hərbçi, 100-ə yaxın hərbi və xüsusi texnika cəlb olunub. Təlimlər Xəzər donanmasının 2016-cı il üçün hazırlıqlar və fəaliyyət planına uyğun keçirilir”, - mətbuat xidmətindən bildiriblər.