Təhsili daşnaka tapşıracaqlar » Memur.az

Təhsili daşnaka tapşıracaqlar

Təhsili daşnaka tapşıracaqlarErmənistanın təhsil və elm naziri Armen Aşotyan bu gün istefa verəcək. Onu postunda Erməni İnqilabi Federasiyası-Daşnaksutyunun nümayəndəsi Levon Mkrtıçyan əvəzləyəcək.

Memur.Az hrapark.am-a istinadən bildirir ki, nazirin "istefa"sı barədə iqtidarda olan Ermənistan Respublika Partiyasının İcraiyyə Komitəsinin bu gün keçiriləcək iclasında bəyan olunacaq.
Təhsil və Elm Nazirliyi isə yeni nazirin gəlişinə artıq hazırdır.
Armen Aşotyanın karyerasına gəldikdə isə, onun Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi, yaxud səfir təyin ediləcəyi gözlənilir.
Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi 2014-cü ildə Artur Baqdasaryan vəzifəsindən kənarlaşdırılandan sonra boş qalıb.
Daşnak Levon Mkrtıçyan əvvəllər üç dəfə elm və təhsil naziri vəzifəsinə təyinat almışdı.
A.Aşotyanın "könülü istefa"sı əslində Ermənistan prezidenti Serj Sarqsyanla daşnaklar arasında koalisiya anlaşması çərçivəsində atılan addımdır.
Daşnaksutyun ölkə hökumətində ən azı 3 nazir postu tələb edib. Əks təqdirdə daşnaklar hakimiyyət koalisiyasına qatılmayacaqlarını deyiblər.