"Rusiyaya bütün Ukrayna lazımdır" » Memur.az

"Rusiyaya bütün Ukrayna lazımdır"

"Rusiyaya bütün Ukrayna lazımdır"Novorossiya planı artıq Kreml üçün aktual deyil.

Memur.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Vladimir Putinin keçmiş müşaviri Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Moskva bütün Ukraynanı nəzarətə götürmək istəyir:

"Rusiya üçün Yanukoviç administrasiyasına nəzarət, ölkənin bir-iki vilayətinə nəzarət etməkdən daha vacibdir. Moskva Yanukoviç administrasiyasından kifayət qədər yararlanmağı bacardı. Məhz bu, Ukraynanın yenidən Xarkov müqaviləsini imzalamasına səbəb oldu".

Qeyd edək ki, Xarkov müqaviləsi 2010-cu ildə imzalanıb. Bu müqaviləyə əsasən, Qara dəniz donanmasının Ukraynadakı fəaliyyəti uzadılıb.