ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək » Memur.az

ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək

ABŞ bəzi avropalılar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcəkQalanlar üçün ABŞ-a giriş vizasız olacaq.

ABŞ hakimiyyəti Avropa ölkələrinin son beş ildə İraq, Suriya, İran və ya Sudana səfər etmiş vətəndaşları üçün viza tələblərini sərtləşdirməyi planlaşdırır, Associated Press məlumat yayıb.

Memur.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, ikinci vətəndaşlıq qismində bu ölkələrdən birinin vətəndaşlığına sahib olan Aİ sakinləri üçün də maneələr yaradılacaq.

Bu tədbir “İslam dövləti” (İŞİD) sıralarında döyüşən Avropa İttifaqı vətəndaşlarının ABŞ-a girişinə mane olmağa istiqamətlənib. Şübhədən kənarda qalan avropalılar üçün Birləşmiş Ştatlara giriş vizasız olacaq.