Səudiyyə Ərəbistanında ilk » Memur.az

Səudiyyə Ərəbistanında ilk

Səudiyyə Ərəbistanında ilk

Səudiyyə Ərəbistanının tarixində ilk dəfə 20 qadın yerli bələdiyyələrə seçiliblər.
Memur.Az Al Jazeera-ya istinadən bildirir ki, bələdiyyə orqanlarına 2100 nəfər seçildiyindən qadınlar seçkilərdə qalib gələn namizədlərin 1 faizindən də azdır. Lakin buna rəğmən nəticələr Səudiyyə Ərəbistanındakı qadınlar üçün irəliyə doğru addımdır. Çünki indiyədək Səudiyyədə qadınlara, ümumiyyətlə, seçkilərə qatılmaq yasaqdı.

Seçkilərdə 7 min namizəd iştirak etmişdi ki, onların 979 nəfəri qadınlardır. Səudiyyədə bələdiyyə şuraları ölkə vətəndaşlarının seçilə biləcəyi yeganə hakimiyyət qurumudur.