Rusiyada kütləvi davada azərbaycanlılar xəsarət alıblar » Memur.az

Rusiyada kütləvi davada azərbaycanlılar xəsarət alıblar

Rusiyada kütləvi davada azərbaycanlılar xəsarət alıblar

Polis üç peterburqlunu saxlayıb.

Krasnoselsk rayonunun polisi Peterburqun cənubi-qərbində kütləvi davanın baş vermə səbəblərini və motivlərini aydınlaşdırır. İki azərbaycanlı boksçu ilə görüşdən sonra xəstəxanaya yatırılıb.

Memur.Az fontanka.ru-ya istinadən xəbər verir ki, noyabrın 15-də axşam Marşal Zaxarov və Doblest küçələrinin kəsişməsində kütləvi davanın şahidi olan şəxsdən polisə zəng daxil olub.

Hadisə yerinə gələn polis maşınla gedən azərbaycanlıya üstün gələn 25-27 yaşında üç peterburqlunu saxlayıblar.

“Fontanka”nın məlumatına görə, dava sürücü və piyada arasında mənasız mübahisədən sonra düşüb. Maşın ilə yolları kəsilən peterburqlular iradlarını bildiriblər və cavab alıblar. Yoldan keçənlərin arasında boksçu olub, onun sayəsində avtomobildə olanlar məğlub olub. İki nəfəri kəllə-beyin travması, döş qəfəsi və üz əzikləri ilə xəstəxanaya yatırıblar.

Hələlik hadisə ilə bağlı cinayət işi açılmaıyb.