Dəhşətli təyyarə qəzası: 224 nəfərdən 17-su uşaqdır » Memur.az

Dəhşətli təyyarə qəzası: 224 nəfərdən 17-su uşaqdır

Dəhşətli təyyarə qəzası: 224 nəfərdən 17-su uşaqdır

Memur.az Rueters-ə istinadən bildirir ki Sinay yarımadasına düşən "Airbus A 321" təyyarəsi darmadağın olub. Sərnişinlərin tam əksəriyyəti həlak olublar.

----------

12:37

Memur.Az "Rosaviasiya"nın rəsmi saytına istinadən bildirir ki, "Metrojet" aviaşirkətinin ("KolAvia") "Airbus A 321" təyyarəsinin qəzaya uğradığı bildirilir.



Təyyarədəki 217 sərnişindən 17-si uşaqlar idi.

Reuters bildirir ki, 7K9268 reysi ilə uçan təyyarə ilə əlaqə kəsilməzdən əvvəl o, dəqiqədə təqribən 6 min fut sürətlə yerə düşüb.



----------

12:14

Memur.Az Əl Misri əl Yəum-a istinadən bildirir ki, Misirin hakimiyyət dairələri Rusiyanın "MetroJet" ("KolAvia" şirkətinin ticari brendi) aviaşirkətinə məxsus "Airbus A 321" sərnişin təyyarəsinin Sinay yarımadasının mərkəzi hissəsində qəzaya uğradığını bildirib.



Misirin baş naziri Şərif İsmayıl axtarış-xilasetmə işlərinə başlandığını bildirib.



Misir Səhiyyə Nazirliyinin Şimali Sinay idarəsinin sədr müavini Tareq Xater Ahram Online-a bildirib ki, hazırda 15 təcili yardım maşını Sinay yarımadasındakı Əl Həsən şəhərinin yaxınlığına göndəriliblər.



----------

12:03

Memur.az Ald Arabia-ya istinadən bildirir ki, Misirin Şarm əl Şeyx şəhərindən havaya qalxan və az sonra radarlardan itən avialaynerdəki sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.



Şarm əl Şeyxdən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan "Airbus A 321" təyyarəsində 224 nəfər olub ki, onların 217 nəfəri sərnişinlərdir.

Təyyarə "MetroJet" brendi ilə işləyən "KoqalımAvia" aviaşirkətinə məxsusdur.



"9268 reysi ilə uçan A-321 təyyarəsi səhər saat 06.51-də Şarm əl Şeyx hava limanından səmaya qalxıb. 07.14-də, Kiprin Larnaka şəhərinin səmasında təyyarə ilə əlaqə kəsilib və təyyarə radiolokatorların ekranlarından yoxa çıxıb. Təyyarə indiyədək əlaqəyə çıxmayıb, radarlarda görünməyib", - Rusiyanın "Rosaviasiya" dövlət xidmətinin nümayəndəsi Sergey İzvolski İnterfaks-a bildirib.

Sky News Arabia-nın məlumatına görə, təyyarə Sinay yarımadasının şimalındakı Əl Ariş yaxınlığında qəzaya uğrayıb.

Misir ordusunun birləşmələri xilasetmə əməliyyatına başlayıb.



Al Jazeera bildirir ki, itmiş təyyarə az öncə dispetçerlərlə əlaqə yaradıb. Təyyarənin kapitanının Türkiyənin aviadispetçerləri ilə danışdığı bildirilir. Təyyarənin hazırda Türkiyə səmasında olduğu vurğulanır.

-----------

11:51

Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus-321 sərnişin təyyarəsi Kipr yaxınlığında qəzaya uğrayıb.

Trend-in RİA Novosti-yə istinadən məlumatında deyilir ki, Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarə Kipr yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 224 nəfər olub.