Azərbaycanlı bir yumruqla adam öldürdü » Memur.az

Azərbaycanlı bir yumruqla adam öldürdü

Azərbaycanlı bir yumruqla adam öldürdü


Rusiyanın Kostroma vilayətində azərbaycanlı 29 yaşlı yerli sakini öldürüb.

Memur.az vesti.az-a istinadən xəbər verir ki, buna səbəb onların arasında alış-veriş etdikləri mağazada düşən mübahisə olub.

Azərbaycanlı ona qarşı edilən təhqirlərə dözməyib və küçəyə çıxıb. Amma onun hirsi soyumayıb və mağazanın bir neçə addımlığında mübahisə etdiyi şəxsi gözləyib. Həmin adam mağazadan çıxanda azərbaycanlı ona bir yumruq vurub. Huşunu itirən şəxsin arxasınca təcili yardım çağırılıb, lakin xəsarət alan maşında keçinib.

Məlum olub ki, təhqir olunan azərbaycanlı əvvəllər desant bölüyündə xidmət edib. O evlidir və bir neçə övlad sahibidir. Qətlə yetirilən şəxsin onu milli zəmində təhqir etdiyi müəyyənləşib.

Azərbaycanlı yerli məhkəmənin qərarı ilə həbs edilib.