Qırğızıstanda parlament seçkiləri başlayıb » Memur.az

Qırğızıstanda parlament seçkiləri başlayıb

Qırğızıstanda parlament seçkiləri başlayıb

Bu gün Qırğızıstanda parlament seçkiləri keçirilir. Ölkədəki seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtilə 07:00) açılıb.

Memur.az xəbər verir ki, saat 20:00-dək davam edəcək seçkilərin gedişini 70 ölkədən 600, eləcə də 2 min yerli müşahidəçi izləyir. Ölkədə biometrik qeydiyyat proseduralardan keçən 2,761 milyon nəfər seçkilərdə iştirak etmək hüququ qazanıb. Seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq baş tutmuş sayılacaq. İlkin nəticələr səsvermə başa çatdiqdan 20-40 dəqiqə sonra açıqlanacaq.

Qırğızıstanın tarixində ikinci dəfədir ki, parlament seçkiləri bütünlüklə partiya sıyahıları üzrə keçirilir. Parlamentdəki 120 yer uğrunda 14 siyasi partiya mübarizə aparır.