"Türkiyənin Ermənistanla əlaqələrinin normallaşmasının..." » Memur.az

"Türkiyənin Ermənistanla əlaqələrinin normallaşmasının..."

"Türkiyənin Ermənistanla əlaqələrinin normallaşmasının..."

Türkiyənin Ermənistanla əlaqələrinin normallaşmasının bəlli və tam dəqiq şərtləri var. Bunu dailykarabakh-a açıqlamasında Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış deyib.

Türkiyəli diplomat qeyd edib ki, dəqiq şərtimiz belədir: "İlk öncə Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq yaranacaq. Bundan sonra Türkiyə Ermənistanla əməkdaşlıq üçün hər hansı addım ata bilər".

Egemen Bağış deyib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycana olan dəstəyini əsirgəməyib və bundan sonra da belə olacaq: "Azərbaycan və Türkiyə bütün ölkələrlə sülh istəyir, lakin bu sülhün də şərtləri var".

Onun sözlərinə görə, Türkiyənin xarici siyasətindəki prioritetlərini ölkənin beynəlxalq maraqları təyin edir: "Türkiyədə noyabrın birində keçiriləcək parlament seçkilərinin nəticələrindən asılı olmayaraq, ölkənin xarici siyasətinin çox böyük dəyişikliyə uğrayacağını gözləmirəm".