Beynəlxalq Atom Agentliyinin rəhbəri Tehrandadır » Memur.az

Beynəlxalq Atom Agentliyinin rəhbəri Tehrandadır

Beynəlxalq Atom Agentliyinin rəhbəri Tehrandadır

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Tehrana səfərə gəlib.
Yukiya Amano Tehranda İranın nüvə proqramı ilə bağlı aydınlaşmasına ehtiyac duyulan bəzi problemlərin aradan qaldırılması ilə bağlı danışıqlar aparmalıdır.

Beynəlxalq Agentlik bundan əvvəl bildirmişdi ki, beynəlxalq sanksiyaların ləğv olunması üçün bir sıra qeyri-müəyyən qalan məsələlər İran tərəfindən aydınlaşdırmalıdır.

İyul ayında İran Qərbin aparıcı 4 dövləti (ABŞ, İngiltərə, Fransa, Almaniya), Rusiya və Çinin iştirakı ilə aparılmış beynəlxalq danışıqlarda üzərində müəyyən öhdəliklər götürmüşdü.
Əldə olunmuş sövdələşməyə əsasən, beynəlxalq sanksiyaların ləğvi müqabilində Tehran nüvə proqramını məhdudlaşdırmağa razılıq vermişdi.