İran prezidenti 16 ildən sonra Fransaya səfər edəcək » Memur.az

İran prezidenti 16 ildən sonra Fransaya səfər edəcək

İran prezidenti 16 ildən sonra Fransaya səfər edəcək

Gələn həftə Fransanın iş adamları yüz nəfərlik heyətlə İrana səfər edəcək. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 21-də ölkənin kənd təsərrüfatı, ticarət, turizm nazirlərinin Tehrana səfərini yüz fransız iş adamı müşayiət edəcək.

Xatırladaq ki, noyabrda İran prezidenti Həsən Ruhaninin Parisə səfəri planlaşdırılıb. Ölkənin baş naziri Manuel Vallsın sözlərinə görə, Fransa prezidenti Fransua Olland Həsən Ruhani ilə Suriyadakı vəziyyəti də müzakirə edəcək.

Qeyd edək ki, bu, son 16 ildə İran prezidentinin Fransaya ilk səfəri olacaq.